RU
Samuxda ehsan qazanını oğurlayanlar həbs edildi
16:00
478

Samuxda ehsan qazanını oğurlayanlar həbs edildi

Samux rayonunda oğurluqla məşğul olduğu üçün zərərsizləşdirilən dəstənin yeni cinayətləri üzə çıxıb. 


Səbuhi Həsənov, Elnar Məmmədov və Müşfiq Həsənov oğurluq etdikləri üçün bu il yanvarın 15-də həbs ediliblər. 


İstintaq müəyyən edib ki, mütəşəkkil dəstənin üzvləri ötən ilin dekabr ayında rayon ərazisində evdən 700 manat pul və məişət əşyaları oğurlayıblar. Bundan başqa, rayonun Sərkar kənd sakini olan 27 yaşlı Səbuhi Həsənov qardaşı, 28 yaşlı Müşfiq Həsənov və dostu, 27 yaşlı  Elnar Məmmədov ilə birlikdə yaşadıqları kənddə yas mərasimlərinin birində ümumi dəyəri 2400 manat olan 4 ədəd ehsan qazanını oğurlamaları müəyyən edilib. 


İstintaqa ifadə verən Səbuhi Həsənov bildirib ki, yolla gedərkən yas mağarının qurulduğunu görüblər: "Yas mağarına girdik, orada heç kim yox idi. Qazanları oğurlayaraq aradan çıxdıq”.


Dəstə başçısı bildirib ki, oğurladıqları qazanları qayınanası Reyhan Əliyevanın evində elektrik mişarı ilə doğrayıblar: "Sonra qazanları Gəncə şəhərində metal qəbulu məntəqəsinə təhvil verdik, bunun müqabilində 270 manat pul aldıq”.


İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Sərkar kəndində digər oğurluqlar da törədiblər. Qarətçilər mənzillərdən əsasən, elektrik naqilləri, televizor, eləcə də musiqi mərkəzləri oğurlayıblar. Əldə etdikləri əşyaları isə Gəncə və ətraf bölgələrdə ucuz qiymətə satıblar. 


Faktla bağlı cinayət işi başlanıb. /teleqraf

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ