RU
Samuxda evdə yanğında xəsarət alan 3 yaşlı uşaq ölüb - YENİLƏNİB
19:05
116

Samuxda evdə yanğında xəsarət alan 3 yaşlı uşaq ölüb - YENİLƏNİB

Samuxda yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Ağır yanıq xəsarətləri alan 2019-cu il təvəllüdlü Bakir Məmmədovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.



12.36

Fövqəladə Hallar Nazirliyi (FHN) Samuxda baş verən yanğın barədə məlumat yayıb.

7NEWS.Az FHN-in saytına istinadən xəbər verir ki, Samux rayonunun Seyidlər kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


11.10

Samuxda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. Kənd sakininə məxsus 3 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı 2019-cu il təvəllüdlü Bayramov Bakir Emin oğlu yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ