RU
Samuxda eyni evdə ikinci partlayış - Səbəbi isə..
17:18
357

Samuxda eyni evdə ikinci partlayış - Səbəbi isə..

Samuxda Aşağı Ağasıbəyli kəndində Naçar İsmayılova məxsus evdə qaz sızması növbəti dəfə partlayışa səbəb olub.

Partlayış zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.

Qeyd edək ki, bu ilin oktyabr ayının 21-də həmin mənzildə baş verən analoji hadisə zamanı ev sahibi Naçar İsmayılov və onun həyat yoldaşı Zemfira İsmayılova yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə paytaxtda aidiyyatı üzrə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, Zemfira İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.//atv.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ