RU
Samuxda iki avtomobil toqquşdu: 3 yaralı
14:30
371

Samuxda iki avtomobil toqquşdu: 3 yaralı

Samuxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Sərkar kəndinə gedən yolda qeydə alınıb. "Mercedes" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər, 1984-cü il təvəllüdlü Elməddin Məmmədov, 1978-ci il təvəllüdlü Bəxtiyar Məmmədov və onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Natiqə Məmmədova  müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ