RU
Samuxda qaz balonu partladı: qadın şoka düşdü
14:40
203

Samuxda qaz balonu partladı: qadın şoka düşdü

Samuxda qaz balonu partlayıb.

7News.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndində, 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğluna məxsus yaşayış evində qeydə alınıb.

Kənd sakini Ş.Abbasov qaz balonunu düzəldən zaman partlayış baş verib.

Nəticədə, Ş.Abbasov və qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ş.Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.

Faktla bağlı araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ