RU
Samuxda quyuda meyit aşkarlanıb
00:00
717

Samuxda quyuda meyit aşkarlanıb

Samuxda quyuda meyit aşkarlanıb.

Bu barədə 7NEWS.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, rayonun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ