RU
Sandu:
21:30
500

Sandu: "Moldova peşəkar və müasir ordu yaratmaq niyyətindədir"

"Moldova peşəkar və müasir ordunun yaradılması üçün bütün səylərini göstərməlidir".

7NEWS.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Sandu etiraf edib ki, Moldovanın döyüşə hazır ordusu yoxdur.

"Ordumuz hərbi texnikasız qalıb. İndi biz bunun nəticələrini kəskin hiss edirik", - Sandu əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, Moldova hərbi-siyasi vəziyyətin möhkəmləndirilməsində digər neytral dövlətlərin təcrübəsindən öyrənməlidir.

"Bu, ölkənin təhlükəsizliyinə və müdafiəsinə qoyulan sərmayədir", - Sandu vurğulayıb.

Prezident söz verib ki, silahlı qüvvələrin baş komandanı kimi Moldova ordusunun və milli müdafiə sisteminin modernləşdirilməsi üçün səylər göstərəcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ