Avropa Birliyinin ardınca daha 5 ölkə Rusiyaya qarşı sanksiyaları uzadıb.
Ukrayna, Çernoqoriya, Albaniya, Lixteynşteyn və Norveç rəsmi Moskvaya qarşı qadağaları daha yarım il uzatmaq qərarına gəlib. Bu barədə məlumat verən Birliyin Xarici Əlaqələr Komitəsinin rəhbəri Federika Moqerini bildirib ki, Brüssel həmin dövlətlərin qərarını dəstəkləyir.
Qeyd edək ki, söhbət Rusiya vətəndaşı olan 146 nəfər və bu ölkəyə məxsus 37 təşkilatdan gedir. Həmin şəxslərə Avropa Birliyi ərazisinə giriş qadağan olunub. Onların aktivləri isə Birlik ölkələrində dondurulub. Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları sonuncu dəfə 2016-cı ilin martında uzatmışdı. 15 sentyabr tarixində qadağaların müddəti başa çatmalı idi. Lakin qurum sanksiyaların müddətini 2017-ci ilin martına qədər uzatmaq qərarına gəldi.
7News.az







