"Türkiyə sanksiyalara baxmayaraq, Rusiyadan "S-400” almağa davam edəcək”.
7news.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə sənayesi katibi İsmayıl Dəmir deyib:
"Ümid edirik ki, Türkiyənin müttəfiqləri bir məsələni digəri ilə qarışdırmaz və vəziyyəti sağlam düşüncə ilə qiymətləndirərlər”.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan "S-400” raket əleyhinə müdafiə sistemlərini almağa davam edəcəyi halda, rəsmi Ankaraya qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.
7news.Az








