Qərb ölkələrinin ağır sanksiyalarının mənfi təsirini qıran Rusiya iqtisadiyyatının bu ilin 8 ayında 2,5 faiz artdığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, avqustda Rusiyanın ÜDM-in artımı illik bazda 5,2 faizə qədər sürətləndi. İyul ayında artım illik 5,1 faiz səviyyəsində ölçüldü. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, təkcə avqust ayında mövsümi amilləri nəzərə almasaq, ÜDM 0,4 faiz artıb.
7NEWS.az








