RU
“Sanksiyaların götürülməsilə hərbi əməliyyatlar təhlükəsi bölgədən yan keçdi”
14:12
453

“Sanksiyaların götürülməsilə hərbi əməliyyatlar təhlükəsi bölgədən yan keçdi”

“Sanksiyaların götürülməsi o deməkdir ki, hərbi əməliyyatlar təhlükəsi bölgədən yan keçdi”. 

Bu fikirləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən sonra bu dövlətin TANAP-a qoşulması ehtimalına münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan tərəfi bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyəti və əzmi təqdir etdiyini dedi: “Uzun illərdir İranın nüvə proqramları hansısa hərbi əməliyyatların həyata keçirilməsi təhlükəsi yaratmışdı. Bu, Azərbaycan üçün təhlükəli proses idi. Nəzərə alsaq ki, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır, gərginləşəcək vəziyyət fonunda böyük qaçqın axını Azərbaycan üçün faciəyə çevrilə bilərdi. Buna görə də ABŞ-ın Avropa ilə birgə İranla razılaşması, müəyyən güc əməliyyatlarının təxirə salınması, öz-özlüyündə Azərbaycan üçün müsbət amildir. Əslində qazla bağlı investisiyalar bu ölkəni qaz ixrac edən İrana çevirsə, Azərbaycana müsbət təsir edə bilər. Çünki TANAP (Transadriatik Qaz Kəməri), TAP (Transanadolu Qaz Kəməri) layihəsini həyata keçirdiyinə görə Azərbaycan müəyyən qədər qaz ixracını və Avropanın qaz sisteminin diversifikasiyası üçün infrastruktur sistemini qura bilib. İran qazı da Azərbaycanın yaratdığı sistemin vasitəsilə dünya bazarına çıxarıla bilər. O ki qaldı Rusiyaya, bu gün Rusiya-Türkiyə münasibətlərində olan gərginlik, bu ölkənin Cənub axınını həyata keçirə bilməməsi İran qazı ilə bağlı da müəyyən rəqabət yarada bilər, müəyyən qısqanc yanaşma ola bilər və Rusiya Ermənistandan başqa hansısa istiqamətdə İran qazının axınına qarşı çıxa bilər". /sia

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ