RU
Sankt Peterburq metrosunu partladan Akbarjon Cəlilov kimdir?- Təfərrüat
14:30
821

Sankt Peterburq metrosunu partladan Akbarjon Cəlilov kimdir?- Təfərrüat

Ötən gün Sankt-Peterburq metrosunda 14 nəfərin həlak olması ilə nəticələnən partlayışı törətmiş Akbarjon Cəlilov 2011-ci ildə Rusiya Federasiyası vətəndaşlığı alıb.

7News.az xarici KİV-ə istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Cəlilov həmin vaxt artıq Rusiya vətəndaşlığını almış atasının Qırğızıstanın Oş vilayətindəki Rusiya konsulluğuna müraciət etməsi nəticəsində bu ölkənin pasprotunu əldə edə bilib. Həmin vaxt Cəlilovun atası artıq 10 il idi ki, Rusiyaya pul qazanmaq üçün gedibmiş. Cəlilov da 2011-ci ildən etibarən atası ilə birgə Rusiya ərazisində yaşayıb. Onun anası, kiçik bacısı və qardaşı hazırda Qırğızıstanda yaşayırlar. Rusiyada yaşayan atası ilə əlaqə saxlamaq mümkün deyil.

"İnterfax” agentliyinin müxbiri Cəlilovun ailəsinin yaşadığı Oş şəhərində özbəklərin kompakt yaşadığı məhəllədəki evində olub. Evdə hazırda heç kim yaşamır. Qonşular Cəlilovun artıq bir neçə ildir ki, vətəninə gəlmədiyini bəyan ediblər.

Ötən gün Sankt-Peterbuq metrosunda törədilən terror aktı nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. Rusiya hüquq-mühafizə orqanları partlayışı 1995-ci il təvəllüdlü qırğız əsilli Rusiya vətəndaşı Akbarjon Cəlilovun törətdiyini bəyan ediblər.//AzNews.az 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ