RU
Sankt-Peterburqda yaşayış binalarına dronla hücum nəticəsində partlayış baş verib - FOTO/VİDEO
12:40
53

Sankt-Peterburqda yaşayış binalarına dronla hücum nəticəsində partlayış baş verib - FOTO/VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumundan sonra partlayış olub.

Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Bildirilir ki, partlayışla əlaqədar iki yaşayış binasına ciddi ziyan dəyib.

"Binalardan 100-ə yaxın sakin təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur”, - deyə mənbələrdən vurğulanıb.

Bəzi məlumatlara görə, hücumun hədəfi Sankt-Peterburqun şimal-şərqindəki Ruçyi neft anbarı olub. Pilotsuz uçuş aparatının düşdüyü yerlə həmin məntəqə arasında bir kilometrdən az məsafə olub.

 

Mənbə: İz.ru

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ