Rekordsmen suda batmamağı bacarır.
Cənubi Şaolin məbədinin rahibi Şi Lilianq suyun üzərində 125 metrə yaxın məsafəni qaçıb.
Yardım kimi o, su hövzəsində suyun səthində üzən 200 fanera lövhədən istifadə edib.
Rekordsmen qaçışın sürəti ilə tarazlığın saxlanmasının ahəngi nəticəsində suda batmamağı bacarır.
Bu üslub “su üzərində uçuş” adını alıb və kun-fu qabiliyyətləri sırasına daxildir. Şi Lilianq bu tərzdə dünya rekordsmenidir: 2015-ci ilin yanvar ayında o, suyun üzərində 120 metr qaçıb. Rahib öz təcrübələrinə 2009-cu ildə başlayıb: o zaman rahib 18 metr məsafə qaçmışdı. Növbəti bir ildən sonra nail olduğu və qeydə alınmış nəticə 28 metr oldu./oxu
7news.az
//








