RU
Saqopa eks-arvadının sümüyün qırmaqda ittiham edilir - Foto
14:00
283

Saqopa eks-arvadının sümüyün qırmaqda ittiham edilir - Foto

Türkiyəli reper Saqopa Kajmer həmkarı Kolera ilə evlənmişdi.

 

7News.Az xəbər verir ki, cütlük bir müddət öncə boşandığını açıqlayıb.

Ötən günlərdə isə Kolera sosial media hesabından paylaşım edərək, evli olduğu zaman şiddət gördüyünü bildirib.

O söyləyib ki, hər tərəfində döyülməyinin izləri var.

"Şikayət etmədim ona görə ki, 2020-ci ilədək şərti cəzası var. Əgər şikayət etsəydim, ən az 2 il həbs yatacaqdı. Mənə şər atılanda ona inanırdınız. Prokurorluğa vermədiyim sənədlər əlimdədi. Belimdə, ürəyimdə yaralar qalıb. Fiziki və mənəvi şiddət almışam. Saqopa sümüklərimi qırıb” deyə, Kolera bildirib.

Qeyd edək ki, cütlük 11 il evli qalıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ