Çətin ki, hansısa qadın üzünün gözəlliyinin qeydinə qalanda, orda saqqalı da nəzərə alsın. ABŞ-ın Oreqon ştatında yaşayan Rouz Qeyl isə qətiyyən belələrindən deyil. 39 yaşlı qadının üzünü örtən saqqal onun xarici görünüşünə də fərqli görkəm verib.
Üzündəki tüklərin uzandığını 13 yaşında müşahidə edən Rouz bu arzuolunmaz tüklərdən xilas olmaq üçün bildiyi hər yolu sınayıb. İllərlə lazer epilyasiyası və digər kimyəvi vasitələrlə üzünü təmiz saxlayan amerikalı artıq inqilab kimi bir qərar verib. Bütün vasitələrdən imtina edən Rouz, saqqalını uzatmaq qərarına gəlib. Səbəbi də var...
Həkimlər üzdən kişiyə oxşayan qadının genetik xəstəlikdən əziyyət çəkdiyini, buna görə sifətinin saqqalla örtüldüyünü üzə çıxarıb. Artıq ailəsi və yaxınları da onun bu xəstəliyi ilə barışıb. İllərlə gözəlliyinin qeydinə qalan amerikalı qadın isə, indi saqqalına forma vermək haqda düşünür.
Onu da qeyd edək ki, Rouz Qeyl heç də saqqal sindromundan əziyyət çəkən yeganə qadın deyil. Böyük britaniyalı Harnam Kaur adlı gənc qız da oxşar xəstəliklə mübarizə aparmaqdan yorulmuş, saqqalını uzatmağa qərar vermişdi.
7News.Az








