İran mediası Qazaxıstanda yaşayan 70 yaşlı Muhtabar Torayevanı İŞİD terror qruplaşmasının lideri Əbubəkir əl Bağdadi hesab edib.

7News.Az bildirir ki,İranın fararu.com, khabarban.com, tadbir24.ir və s. saytlarında yazılıb: "İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun Suriyanın İranla sərhədin yaxınlığındakı Əl Bukmal şəhərindəki obyektlərə zərbələri nəticəsində İŞİD liderlərindən biri Əbu Əli əl Məşhədani öldürülüb. İŞİD lideri Əbubəkir əl Bağdadi isə qadın paltarı geyinərək qaçıb".

Qazaxıstanın Türküstan vilayətində yaşayan 70 yaşlı Muhtabar Torayeva artıq 35 ildir ki, üzündəki saqqalı qırxmır.
Turbat qəsəbəsində yaşayan Muhtabar nənə bu xəbəri gülüşlə qarşılayıb: "Nəvələrim dedilər mənə. Nə söyləyim... Saqqalıma gəldikdə isə, həyatımdan razıyam. Qəsəbədəki insanlar mənə alışıblar".
7News.Az








