Abşeronda intihar hadisəsi baş verib.
7news.Az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Saray bağlarında qeydə alınıb.
Orada yaşayan 1964-cü il təvəllüdlü Elşən Mahmud oğlu Məmmədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
7news.Az








