Azərbaycanlıların mitinqi keçirilir.
Sarkisyan Berlində etirazla qarşılanıb.
Oxu.Az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib.
O, səfər əsnasında Almaniya kansleri Angela Merkellə Qarabağ məsələsini müzakirə edəcək.
7News.Az-ın məlumatına görə, hazırda görüşün baş tutacağı Federal Kansler binasının qarşısında xeyli sayda
azərbaycanlı var.
Onlar erməni prezidentinə qarşı keçirilən mitinqdə iştirak edərək bir milyondan çox məcburi köçkünə dəstək nümayiş
etdirir, son günlər cəbhə xəttində baş verən erməni təxribatlarına etiraz edirlər.








