RU
Sarkisyan Milli Təhlükəsizlik Şurasını
13:53
1483

Sarkisyan Milli Təhlükəsizlik Şurasını

Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının aparatının buraxılması barədə sərəncam imzalayıb.

7News.Az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Ermənistan prezidenti aparatının rəhbərinə və Milli Təhlükəsizlik Şurasının katibinə sentyabrın 1-dək Milli Təhlükəsizlik Katibliyinin nizamnaməsini təqdim etməyi tapşırıb.

Bildirilib ki, qərar müasir daxili və xarici çağırışlara operativ, effektiv və koordinasiyalı şəkildə reaksiya vermək üçün MTŞ-nın rolunun artırılması məqsədilə qəbul olunub.

Sərəncam yeni katibliyin nizamnaməsi və tərkibinin rəsmi dərcindən on gün sonra qüvvəyə minəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ