Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Moskvaya işgüzar səfər edəcək.
7news.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Sarkisyanın bu dəfəki səfəri Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.
"Səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq", - deyə bildirilib.
7news.Az








