Ermənistan prezidenti separatçı “DQR” rəhbərliyi ilə görüş keçirəcək.
İyunun 22-də Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyanbirbaşa təmas xəttinə yola düşüb.
S.Sarkisyanı Qarabağ separatçılarının lideri Bako Saakyan müşahidə edib.
Ermənistan prezidentini yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttindəki son vəziyyət ilə maraqlanıb.
16:20
Ermənistan prezidenti Serj Sarkisyan iyunun 22-də Dağlıq Qarabağa səfər etməyi planlaşdırır.
Bu barədə diplomatik mənbəyə istinadən “İnterfaks” məlumat yayıb.
O həmçinin qeyd edib ki, Sarkisyan separatçı “DQR” rəhbərliyi ilə görüş keçirəcək və bir neçə rayonda olacaq.
Xatırladaq ki, iyunun 20-da Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüş keçiriblər. Görüşün yekunlarına görə, müştərək üçtərəfli bəyanat verilib./oxu
7news.Az








