RU
Sarkisyan Qarabağda generalları topladı
09:42
910

Sarkisyan Qarabağda generalları topladı

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gəlib.

7News.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan Xankəndidə qondarma `Dağlıq Qarabağ Respublikası`nın (DQR) `prezidenti` Bako Saakyan və digər şəxslərlə görüşüb.

Sarkisyanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan müşayiət edib.

Bundan əlavə, Sarkisyan `ordu rəhbərliyi` ilə görüşərək, təmas xəttindəki vəziyyətlə bağl müzakirələr aparıb.

Saakyan Sarkisyanın diqqətinə çatdırıb ki, Qarabağın müdafiə qabiliyyətin yüksəldilməsi və `ordunun` döyüş hazırlığının artırılması olduqca önəmlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ