RU
Sarkisyan Qarabağın qaytarılmasını
14:27
1120

Sarkisyan Qarabağın qaytarılmasını

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyan separatçıların nümayəndələri ilə qapalı görüş keçirərək. Görüşdə ərazilərin Azərbaycana qaytarılması məsələsi müzakirə edilib.

7News.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb. 

Məlumata əsasən, üç gün öncə baş tutan görüşdə `DQR-ın rəhbəri` Bako Saakyan da iştirak edib.

“Qarabağ hərəkatı”nın iştirakçısı Razmik Petrosyanın sözlərinə görə, görüş zamanı Sarkisyan qeyd edib ki, Ermənistan tərəfinə Qarabağa bitişik torpaqları qaytarmaq təklif olunmasa da, o yenə də insanların buna münasibətini öyrənir.

“O, hər bir iştirakçının fikrinin öyrənib”, - deyə Petrosyan bildirib.

Yaxın zamanlarda Sarkisyan Qarabağda daha bir görüş keçirəcək. Lakin bu görüşün dəqiq tarixi məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ