RU
Sarkisyan yeni rus bazaları istəmir
17:37
466

Sarkisyan yeni rus bazaları istəmir

Rusiyada Ermənistanın yeni hərbi bazalar yaratmasına ehtiyac yoxdur.

7News.az xəbər verir ki, bunu "RİA-Novosti” agentliyinə müsahibəsində Ermənistan Prezidenti Serj Sərkisyan söyləyib. Onun sözlərinə görə, balaca Ermənistan üçün bir baza kifayətdir və Rusiya yalnız bu bazanın hərbi gücünü artırsa, yetərlidir.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazasısı Ermənistanda yerləşir. Bu baza 1995-ci ildən rəsmən ölkədə mövcuddur. Bazanın tərkibində S-300 sistemləri, Buk-M1-2 sistemləri, MiQ-29 təyyarələri və təxminən 5 min hərbçi var. 2010-cu ildə İrəvan və Moskva arasında imzalanan müqaviləyə əsasən, 102-ci baza Ermənistanda 2044-cü ilə qədər qalacaq.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ