RU
Sarkisyanın nümayəndələri qadın siyasətçini döydü - VİDEO
18:00
749

Sarkisyanın nümayəndələri qadın siyasətçini döydü - VİDEO

Bu gün İrəvan Şəhər Şurasının iclasında gərgin anlar yaşanıb.

"Yerkir Tsirani" fraksiyasının üzvləri Nubaraşen ərazisində yayılan pis qoxuyaya etiraz olaraq iclasa kanalizasiya suyu doldurulan qablar gətiriblər.

 

Fraksiya üzvü Marina Xaçatryan suyu İrəvan meri Taron Marqaryana vermək istəyib. İqtidar partiyasının üzvləri ona mane olmaq üçün ayağa qalxıblar. Çirkab suyu merin masasının yanında tökülüb, o tez ayağa qalxaraq nə baş verdiyini anlamağa çalışıb. 
Hakim partiyanın üzvləri Marina Xaçatryana hücum edərək onu iclas zalından qovmağa çalışıblar. İrəvan merinin köməkçisi Qor Vardanyan Marina Xaçatryana qarşı güc tətbiq etməkdən çəkinməyib./azvision

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ