RU
Sarkisyanın Putindən Azərbaycan tələbi
15:54
1649

Sarkisyanın Putindən Azərbaycan tələbi

Ermənistan prezidenti Serj Sarkisyan sabah Moskvaya işgüzar səfərə gedəcək. 7News-un məlumatına görə, bu barədə “Kommersant” qəzetinə Rusiyanın diplomatik mənbələrindən xəbər verilib. Mənbə Moskvanın Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu artan silahlı toqquşmalardan ciddi narahat olduğunu bildirib. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə mətbuata açıqlamasında rəsmi Moskvanın Azərbaycana silah satmasından narazı olduğunu deyib. “Rusiya bizimlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əməkdaşlıq edir. Həmçinin ən yaxın müttəfiqimizdir. Biz məmnun deyilik ki, müttəfiqimiz Rusiya Azərbaycana silah satır. Azərbaycan isə az qala hər gün bizi yeni müharibə ilə hədələyir”, - deyə Nalbadyan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ