“Rəsmi İrəvan Rusiyadan tam asılı vəziyyətdədir və faktiki olaraq, onun müstəmləkəsidir”.
Bu fikirləri açıqlamasında ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib.
Azər Verdiyev bildirib ki, Ermənistanın siyasi və iqtisadi gücü tükənib: “Son 2 ildə dünyada baş verən iqtisadi gərginliklər Ermənistanı tamamilə müflis vəziyyətə salıb. Belə bir məqamda Sarkisyanın səfəri sırf Rusiyadan hansısa formada maddi mənfəət güdməyə hesablanıb. Səfər çərçivəsində bir çox qlobal məsələlər də müzakirə mövzusu ola bilər. İrana qarşı sanksiyaların aradan qalxması, eyni zamanda Rusiya-Türkiyə münasibətləri də əsas müzakirə mövzuları sırasında ola bilər”.
Onun sözlərinə görə, Ermənistan sülhə meylli deyil: “Belə olmasaydı bu illər ərzində danışıqların gedişatında pozuculuq etməzdi. Artıq heç kimə sirr deyil ki, Ermənistan elitası Sarkisyan rejimindən təngə gəliblər. Onlar çox gözəl başa düşürlər ki, bu rejim ölkəni məhvə sürükləyir. Lakin Sarkisyan Rusiyadan tam asılı vəziyyətdə nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmağa israrlıdır. Rusiyanın Ermənistana hərbi yardımı da münaqişənin sülh variantını təhdid altında qoyur”.
"Hesab edirəm ki, Ermənistan hər zaman olduğu kimi mövcud siyasi gərginliklərdən öz mənafeyi naminə provokativ istifadə edəcək. Bu da sonunda ikitərəfli münasibətlərin daha da gərginləşməsi deməkdir". /sia.az
7News.Az








