İrəvanda prezidentin təyyarəsini partlatmaq istəyən silahlı cinayətkar qrup yaxalanıb.
Milli Təhlükəsiz Xidməti noyabrın 25-də Ermənistan vətəndaşı Artur Vardanyanın başçılıq etdiyi silahlı qruplaşmanı saxladıqlarını açıqlayıb. Məlum olub ki, Vardanyan 1997-ci ildən İspaniyada yaşayıb və bu il ərzində bir neçə dəfə paytaxt İrəvanda olub.
Qruplaşma özü də 5 alt qrupdan ibarət olub. Onlar eyni vaxtda Prezident Administrasiyasını, Milli Məclisi, Konstitusiya Məhkəməsini və Teleqülləni tutmalı idilər. Əsas tapşırıq isə dekabrın 1-də Parisə yola düşəcək olan Serj Sarkisyanın təyyarəsini partlatmaq olub.
Əməliyyat yaxşı planlaşdırılsa da, Vardanyanın şübhəli hesab edilən biri ilə görüşü xüsusi xidmət orqanlarının diqqətin çəkib və plan baş tutmayıb./qafqazinfo
7news.az









