RU
Şarl Mişel Putini Ukrayna şəhərlərində humanitar dəhlizlər yaratmağa çağırıb
16:40
419

Şarl Mişel Putini Ukrayna şəhərlərində humanitar dəhlizlər yaratmağa çağırıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putini pravoslavların Pasxa bayramı münasibətilə Ukrayna şəhərlərində dərhal humanitar dəhlizlər yaratmağa çağırıb. Bu məsələni o, Putinlə telefon danışığı zamanı qaldırıb.

Bu barədə o, özünün tviter səhifəsində yazıb:

"Prezident Putinlə telefon danışığı apardım. Xüsusən də pravoslavların Pasxa bayramı münasibətilə Mariupol və mühasirədə olan digər şəhərlərdə humanitar dəhlizlər yaratmağa çağırış etdim”, - paylaşımda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ