RU
Sarqsyan seçkilərdə iştirakdan imtina etdi
13:53
346

Sarqsyan seçkilərdə iştirakdan imtina etdi

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan parlament seçkilərində iştirak etməyəcək. 

7News.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar Respublika Partiyasının iclasında qəbul edilib. 

Bundan əvvəl partiyanın iclasında Sarqsyan Respublika Partiyasının sədrinin birinci müavini seçilib. 

Ermənistanın Respublika Partiyasının seçkiqabağı siyahısına sabiq müdafiə naziri Viqen Sarkisyanrəhbərlik edir. 

Sabiq müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib ki, Sarqsyandan başqa, siyahıda eks baş nazir Karen Karapetyanın da adı yoxdur. 

Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ