İzmirdə marketdə qadın işçiyə təcavüz etmək istəyən sərxoş kişi boks müəllimi tərəfindən döyülərək çölə çıxarılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, marketə sərxoş gələn kişi qadın satıcıdan içki istəyib. Lakin qadın ona heç bir satış etməyəcəyini bildirib. Bu zaman sərxoş kişi qadını söyərək təcavüz etməyə çalışıb. Satıcı qadın sərxoş kişini çölə çıxara bilməyəcəyini görüb yan tərəfdəki idman zalında çalışan boks müəllimi Coşqun Küçüksayraca mesaj yazıb.
Mağazaya gələn idmançı ilk öncə sərxoş kişini çölə çıxarmağa çalışıb. Lakin sərxoş kişi Coşqun Küçüksayracı təhqir etməyə başlayıb. Bu zaman boks müəllimi kişini yumruqlayıb. Daha sonra onu sürüyərək çölə çıxardıb.
Satıcı polisə zəng edərək sərxoş kişinin təcavüzünə məruz qaldığını söyləyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

7News.Az