RU
Satılıq maşına çırpılan “Toyota” havada qaldı
14:50
1453

Satılıq maşına çırpılan “Toyota” havada qaldı

Bu gün səhər saatlarında Lənkəran-Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Toyota Corolla” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan “VAZ 2106” maşınına çırpılıb. Maraqlısı budur ki, “06” yola satılmaq üçün qoyulubmuş.

“Toyota” toqquşmadan sonra yol kənarından keçən kanalın çəpəri üzərində, havadan asılı vəziyyətdə qalıb.

Xoşbəxtlikdən maşın kanala düşməyib və qəza nəticəsində xəsarət alan olmayıb. Amma hər iki maşın yararsız vəziyyətə düşüb.

Hadisə yerində araşdırma aparılır./qafqazinfo

7news.az

Satılıq maşına çırpılan “Toyota” havada qaldı - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ