İspaniyanın telekommunikasiya şirkəti "Telefonica"nın 9,9 faizi Səudiyyə Ərəbistanının "STC Group" firmasına 2 milyard 100 milyon avroya satılıb. Razılaşma nəticəsində "STC Group" "Telefonica"nın ən böyük səhmdarı oldu.
7NEWS.az xəbər verir ki, "Saudi STC Group" İspaniyanın "Telefonica" şirkətinin 9,9 faizini 2 milyard 100 milyon avroya satın alaraq ən böyük səhmdar olub. "Telefonica"dan verilən yazılı açıqlamada, şirkətin kapitalının 4,9 faizini təşkil edən səhmlərin və qalan 5 faizini təşkil edən maliyyə alətlərinin STC Group tərəfindən 2,1 milyard avroya satın alındığı bildirilib.
7NEWS.az








