Ukraynalı təyyarəçi təqsirli bilinib.
Donetsk məhkəməsi ukraynalı təyyarəçi Nadejda Savçenkonu 22 il müddətinə azadlıqdan məhrum edib.
O, rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin qətlində təqsirli bilinib.
N. Savçenkonun həbs müddəti tutulduğu gündən - 2014-ci il 23 iyun tarixindən hesablanacaq.
Savçenko həmçinin Rusiya sərhədlərini qanunsuz keçməkdə təqsirli bilinib. Buna görə o, 30 min rubl məbləğində cərimə olunub./oxu
7news.Az








