RU
Savçenko Ali Radanın iclasında yatdı
14:02
1518

Savçenko Ali Radanın iclasında yatdı

Ali Radanın deputatı Nadejda Savçenko Milli Təhlükəsizlik və müdafiə məsələləri üzrə Komitənin iclasında yatıb.

Bu barədə 7News.Az Rusiya KİV-nə istinadən xəbər verir. 

Videoda deputat Andrey Teterukun Savçenkonu oyatması kadrları əks olunub. Belə ki, Teteruk həmkarının stəkanına su töküb. Böyük ehtimalla Savçenko süzülən suyun səsini eşidərək oyanıb. 



Qeyd edək ki, Nadejda Savçenko 2014-cü ildə Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə ittiham edilərək 22 il azadlıqdan məhrum edilmişdi. 

Ukrayna prezidenti Poroşenko tərəfindən Milli Qəhrəman adı verilən Savçenko mayın 25-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə həbsdən azad edilib və ölkəsinə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ