Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Yuliya Timoşenkonun "Batkivşina” partiyasından ayrılıb.
Bu barədə partiyanın nümayəndəsi İvan Krulko bildirib.
"O, öz şəxsi siyasi karyerasına başlayıb. Fraksiya olaraq onun nə kimi planları olduğunu deyə bilmərik”, - deyə Krulko bəyan edib.
Onun sözlərinə görə, Savçenko partiyadan gedişi haqda bir neçə həftə öncə məlumat verib, lakin "Batkivşina”da bunun ictimaiyyətə yayılmaması qərara alınıb./qafqazinfo
7news.Az








