RU
“Save the Children” təşkilatının ofisinə hücum: 3 ölü, 24 yaralı var - VİDEO
23:10
558

“Save the Children” təşkilatının ofisinə hücum: 3 ölü, 24 yaralı var - VİDEO

Əfqanıstanın Cəlalabad şəhərində "Save the Children” uşaqların hüquqlarını müdafiəsi beynəlxalq təşkilatının ofisinə silahlı hücum nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bu barədə Nanqarhar valiliyinin sözçüsü Ataullah Hogyani məlumat verib.

Onun sözlərinə görə, yanvarın 24-də səhər saatlarında 4 terrorçudan biri partlayıcı qurğunu ofisin yerləşdiyi həyətin qapısında partladıb, digər üç nəfər içəriyə daxil olaraq atəş açıblar:

"Onlardan ikisi zərərsizləşdirilib”.

Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ