İsrail qırıcıları cümə günü Qəzza zolağında bir neçə hədəfə zərbələr endirib, onlarla fələstinli HƏMAS yaraqlısını məhv edib.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
"SAXAL Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirməkdə davam edir və onlarla "Nuhba” terrorçusunu məhv edib”, - deyə müdafiə qurumunun sosial şəbəkə hesabından bildirilib.
Bəyanatda deyilir ki, "Nuhba” yaraqlıları ötən şənbə (oktyabrın 7-də) İsrailə sızmağa rəhbərlik edən aparıcı qüvvələrdən biri idi.








