RU
SAXAL Xan-Yunisdə HƏMAS-ın yüksəkrütbəli rəsmisini zərərsizləşdirib
14:00
30

SAXAL Xan-Yunisdə HƏMAS-ın yüksəkrütbəli rəsmisini zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri (SAXAL) mayın 13-də Fələstinin HƏMAS hərəkatına məxsus mövqelərə zərbə endirib. Zərbə nəticəsində Qəzza zolağında HƏMAS hökumət başçısının varisi hesab edilən, hərəkatın maliyyə və idarəetmə məsələlərinə cavabdeh rəsmisi İsmayıl Barxum zərərsizləşdirilib.
Bu barədə məlumat qurumun rəsmi "Telegram" kanalında yayımlanıb.

Bildirilib ki, zərbə HƏMAS-ın Xan Yunisdə yerləşən komanda-nəzarət mərkəzinə endirilib. İsrail ordusu iddia edir ki, həmin mərkəz "Naser" tibb kompleksində yerləşib.

"Bu tibbi kompleksdən İsrailin dinc əhalisinə və əsgərlərinə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub. HƏMAS-ın yüksəkvəzifəli şəxsləri xəstəxananı və onun ətrafını terror fəaliyyətləri üçün istifadə etməkdə davam edir, oradakı mülki əhalinin həyatını təhlükə altına alırlar", - deyə açıqlamada bildirilir.

İsrail ordusu qeyd edib ki, əməliyyatdan öncə mülki əhaliyə zərər dəyməməsi üçün müəyyən tədbirlər görülüb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ