RU
Saxta ABŞ səfirliyi açıldı - Vaşinqton təəccüb içindədir
17:24
550

Saxta ABŞ səfirliyi açıldı - Vaşinqton təəccüb içindədir

Qanada saxta ABŞ səfirliyi aşkar edilib.

Cinayətkar dəstə 10 ilə yaxın saxta səfirlik faəliyyəti ilə məşğul olub. Ölkənin paytaxt Akkradakı köhnə binaların birində fəaliyyət göstərən "səfirlikdə" prezident Barak Obamanın böyük portretinin asıldığı diqqət çəkib.

Məlumata görə, ABŞ-a viza verəcəkləri bəhanəsiylə insanları aldadan saxta səfirlik işçiləri, vətəndaşlardan hər sənəd qarşılığında 6 min dollar vəsait alıb. Yerli polislər məsələdən xəbərdar olsa da, rüşvət qarşılığında "səfirliyin” fəaliyyət göstərməsinə göz yumub.

Hüquq-mühafizə orqanları məsələnin üstünü ötən il açsa da, ictimaiyyətə yalnız indi məlumat verilib. Məsələ ilə bağlı bir neçə şübhəlinin saxlanıldığı deyilir. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ