Santa Klaus 118 nəfəri koronavirusa yoluxdurub.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Belçikada qocalar evini ziyarət edən Santa Klaus 118 nəfərə koronavirus yoluxdurub.
Santa Klaus geyimli şəxsin qocalar evinə ziyarətindən sonra 90 nəfərin və 20 işçinin koronavirus tetsi pozitiv çıxıb.
Santa Klaus geyimli şəxsin qocalar evinin sakinlərindən birinin oğlu olduğu aşkarlanıb. O, dekabr ayının 4-də qocalar evini ziyarətə gəlib. Həmin vaxt onda xəstəliyin hər hansı simptomu olmayıb.
Qeyd edək ki, koronavirusa yoluxanlardan biri bu xəstəlik səbəbindən dünyasını dəyişib.
7News.Az








