Bu dəfə Şaxta baba başqa bir ampluada xəbər mövzusu oldu. Hadisə Böyük Britaniyada baş verib.
Müşahidə kamerasından anba-an lentə alınan görüntülərdə, şaxta baba geyimində olan bir sakinin, əlindəki hədiyyə torbası ilə restoranlardan birinə daxil olduğu əks olunur. Restoran işçisi əvvəl bunun yeni il öncəsi hazırlanan televiziya zarafatı olduğunu düşünsə də, şaxta babanın ona silah çəkməsindən sonra, əslində işin cox ciddi olduğunun fərqinə varır. İşçini təhdid edən soyğunçu şaxta baba, hədiyyə torbasını pulla dolduraraq aradan çıxır. Baş verən hadisə şəhər polisini hərəkətə keçirib. İndi polislər, maral karetasına deyil, lüks avtomobilə minərək aradan çıxmağı bacaran şaxta babanın axtarışındadır.
Qeyd edək ki, Milad bayramı öncəsi Şaxta baba libasında oğurluq etmək, artıq yüz ilə yaxın tarixi olan dırnaqarası ənənədir. İlk dəfə belə olay 1927-ci ildə Texasda qeydə alınıb. Həmin vaxt cinayətkarlar bank soymaqla, pis bir ənənənin başlanğıcını qoyublar./atv
7news.az








