RU
Saxta “əməkdaş”la “rəis”in əməlləri ifşa olundu – VİDEO+FOTO
18:41
798

Saxta “əməkdaş”la “rəis”in əməlləri ifşa olundu – VİDEO+FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs ifşa olundu.

Bu gün Gəncə Regional Şöbəsində qanuni işçisi olmayan Rafət Mərdanovun Uniformada xidməti maşınla Göyöl rayonun Quşqara kəndi ərazisində fəaliyyət göstərməsi haqqında "Dünyanınsəsi.Az” saytına məlumat daxil olmuşdur.
Məlum faktla bağlı əməkdaşımız hadisə yerinə baş çəkərək əsərin qəhrəmanı olan Rafət Mərdanovu iş başında yaxlayıb.Həmin hadisəni özündə əks etdirən videosüjetdə Rafət Mərdanov özünü təqdim etməkdən boyun qaçırır və sonda özünü DANX-ın Gəncə Regional Şöbəsinin "mütəxəssis”i  kim təqdim edir. Bu hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin rəisi Əhməd Rüstəmovun da mövqeyini dərc edə bilərik.

Sonda  redaksiya olaraq  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Gəncə Regional Şöbəsinin xidməti ərazilərinin Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarını ərazisində reydlər kecirə bilmələri haqqında göstəriş verib-verməməsi  isə bizə  qaranlıq olaraq qalır.
Göygöl rayonu Quşqara kəndi ərazisində çəkilmiş videosüjeti təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ