RU
Saxta sənədlə Azərbaycana keçənlər saxlanıldı
10:52
265

Saxta sənədlə Azərbaycana keçənlər saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənəd­lərlə Azərbaycan sərhədini keçməyə cəhd edən şəxsləri saxlayıb.

DSX-nin mətbuat mərkəzindən 7News.Az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə Azərbaycana gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmmədin pasportlarında saxta Türkiyə Respublikası vizası və üzər­inə yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunub.

DSX əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmçinin 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə Azərbaycan gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Res­pub­likasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ