Şirkət məlumat yayıb.
“Schlumberger” şirkəti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır.
Bu barədə şirkət bu gün məlumat yayıb.
Məlumata əsasən, 2016-cı ilin birinci yarısında şirkətin fəaliyyətində azalma gözlənilir.
“Bununla əlaqədar olaraq resurs bazasına yenidən baxmaq, xərcləri, infrastrukturu səmərəli etməklə bağlı qərar qəbul edilib”, - deyə şirkətin məlumatında qeyd olunub.
Qeyd edək ki, hazırda şirkətin 95 min əməkdaşı var. “Schlumberger” şirkəti neft-qaz sektoru üzrə texnologiyanın aparıcı təchizatçısıdır./oxu
7news.az








