Gənclər üçün Təhsil Mərkəzi Səbail rayonunda növbəti “Məktəblilərin Sağlamlıq Forumu”nu təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi forumda yüzlərlə Səbail məktəblisi iştirak etmişdir.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun rəsmi açılışı zamanı sağlam cəmiyyətin qurulmasında sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini qeyd edərək , bu işdə hər bir şəxsin vətəndaş məsuliyyəti olduğunu bildirmişdir. O, məktəblilərin fiziki və düşüncə olaraq sağlam inkluziv cəmiyyətdə əlilliyi olan şəxslər ilə birgə təhsilin tövhəsindən danışaraq,
bu təhsil vasitəsilə sağlamlıq imkanları məhdud şəxslərı zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla, ailə həyatına hazırlanmasını təmin etməklə sağlam cəmiyyət qurmağın mümkünlüyünü qeyd etdi.
Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov çıxış edərək, bu Forumda Səbail rayonunun bütün məktəblərinin iştirakının önəmindən danışaraq, bu işlər mütəmadi davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Rəsmi açılış bitdikdən sonra, Forumda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ekspertlərinin məruzələri dinlənilmişdir. Forumda narkomaniya,tütün və zərərli vərdişlər,məişət zorakılığı haqqında təqdimatlar keçirilib, məktəbliləri maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Forum çərçivəsində, məktəblilərə sağlamlığın qorunmasına dair maarifləndirici materiallar paylanmış, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən sabah məktəblilərin tibbi müayinələri təşkil olunacaqdır.
Qeyd edək ki, forumlar Bakı şəhərinin 7 rayonunda həyata keçirilir.
7News.Az








