25 fevral 2016-cı il tarixində UNEC-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səbail rayonu gəncləri arasında İNTİLLEKT yarışması” adlı layihə həyata keçirilmişdir.
UNEC-in II kurs tələbəsi, layihə rəhbəri Arifə Abbasova Gənclər Fondunun tələbələrə göstərdiyi dəstəkdən danışaraq, gəncləri öz layihələrini fonda təqdim etməyi tövsiyyə edib.
Xüsusi hazırlanan test sualları vasitəsi ilə keçirilən yarışın məqsədi gənclərin dünyagörüşünün və intellekt səviyyəsinin yüksəlməsinə xidmət etmək, eyni zamanda gənclər arasında intellektual yarışlara maraq yaratmaq, sosial layihə və tədbirlərdə iştiraka təşviq etməkdir.
Sonda fərqlənən tələbələrə sertfikat təqdim edilmişdir.








