RU
Səbaildə qan töküldü
10:40
519

Səbaildə qan töküldü

Bakıda,  "Qurman" restoranının qarşısında gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

7news.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Salyan şosesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.

Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ