7NEWS.az xəbər verir ki, 26 sentyabr 2022 tarixdən 07 oktyabr 2022 tarixədək Polşanın paytaxtı Varşava şəhərində "ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı, Varşava - 2022” keçiriləcək. Konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edəcəklər.
Dünyanın
ən nüfuzlu QHT və media nümayəndələrinin iştirak edəcəyi tədbirdə
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının baş
redaktoru Səbuhi Abbasov da iştirak edəcək: "Dünyanın ən nüfuzlu QHT və media
nümayəndələrinin iştirak edəcəyi tədbirə 7NEWS.az saytının baş redakoru və ASGA
sədri olaraq mən də dəvət olunmuşam.
İlkin məlumata görə ermənilər tədbirə ciddi hazırlaşıblar, bütün panellərdə
cidd əks-təbliğatlar edəcəklər. Bacardığımız qədər siyasi və informativ cəbhədə
düşməni susdurmağa çalışacağıq.
Məlumat üçün qeyd edim ki, bütün qurumlar səfər sorğuma mənfi rəy verdikləri
üçün Konfransda iştirakım tamamilə 7NEWS.az və ASGA-nın daxili imkanları
hesabına olacaqdır. Allah utandırmasın”








